AZ

Yekaterinburqda sərxoş kişi qubernatora hücum etməyə cəhd göstərib FOTO

Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.

Hadisə zamanı heç kim xəsarət almayıb

Yekaterinburqda bir kişi 1 May mitinqi zamanı Sverdlovsk vilayətinin qubernatoru Denis Paslerə hücum etməyə cəhd göstərib.

AYNA.AZ URA.RU-ya istinadən bildirir ki, hadisə vilayət qubernatoru tədbir iştirakçıları ilə ünsiyyətdə olarkən və şəkil çəkdirərkən baş verib.

Hücum edənin sərxoş olduğu ehtimal edilir. Görüntülərdə idman geyimində olan bir kişinin qubernatora tərəf hücum etdiyi, lakin mühafizəçilərin onu saxladığı görünür.

Regional informasiya siyasəti şöbəsi agentliyə bildirib ki, hücum edən şəxs hüquq-mühafizə orqanlarına təhvil verilib. Hadisə zamanı heç kim xəsarət almayıb.

1 May mitinqi Yekaterinburq Arenasında keçirilib. Tədbirdə regional hökumətin nümayəndələri, Qanunvericilik Məclisinin üzvləri və ictimai xadimlər də iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
ayna.az

1Mənbələr