AZ

“Pentaqon yalan danışır, ABŞ-nin müharibə xərcləri 100 milyard dollara çatıb” -Əraqçi

İranın xarici işlər naziri ABŞ Müdafiə Nazirliyini (Pentaqon) müharibə xərclərini düzgün göstərməməkdə ittiham edib.

Redaktor.az xəbər verir ki, Abbas Əraqçi X sosial şəbəkəsində paylaşım edərək ABŞ-nin müharibə xərclərinin rəsmi rəqəmlərdən daha yüksək olduğunu və 100 milyard dollara çatdığını iddia edib.

O bildirib ki, bu məbləğ açıqlanan göstəricilərdən dörd dəfə çoxdur və “Pentaqon yalan danışır” ifadəsini işlədib. Əraqçi həmçinin qeyd edib ki, ABŞ vergi ödəyiciləri ciddi dolayı xərclərlə üzləşir və hər Amerika ailəsinin aylıq təxminən 500 dollar əlavə yük daşıdığı iddia olunur.

Nazir əlavə edib ki, bu xərclər sürətlə artır və ABŞ ictimaiyyəti üçün maliyyə yükü getdikcə böyüyür.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
19
redaktor.az

1Mənbələr