AZ

Elvin və Abbas əvəzedici heyətdə qol vurdu

style='margin-bottom:10px;'>

“Qarabağ”ın əsas heyətindən uzaqlaşdırılan Elvin Cəfərquliyev və Abbas Hüseynov əvəzedici heyətlə ilk oyununa çıxıb.

QOL.az xəbər verir ki, futbolçular bu gün əvəzedicilər liqasının 24-cü turunda “Zirə” ilə görüşdə oynayıblar.

Start heyətdə meydana çıxan hər iki futbolçu qol vurub. Abbas 49, Elvin isə 73-cü dəqiqədə fərqlənib. Cəfərquliyev penaltidən rəqib qapısına yol tapıb. Oyun “Qarabağ”ın 5:1 hesablı qələbəsi ilə başa çatıb. 

Xatırladaq ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduğu üçün baş məşqçi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılıb.

Seçilən
16
2
teleqraf.com

3Mənbələr