AZ

Azərbaycan millisi “Prezident Kuboku 2026”-nı 9 medalla başa vurdu

Azərbaycan komandası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən “Prezident Kuboku 2026” beynəlxalq reqatasını 9 medalla başa vurub.

İdmanxeber.az-ın məlumatına görə, yarışın Mingəçevirdə keçirilən son günündə yığma daha 4 medal (1 qızıl, 1 gümüş, 2 bürünc) qazanıb.

Sonuncu finaldan sonra yarışa yekun vurulub.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edib.

Seçilən
1
1
idmanxeber.az

5Mənbələr