AZ

ABŞ Hörmüz boğazında mina axtarışında süni intellektə keçir

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında təhlükəsizliyi artırmaq üçün yeni texnologiyalara üstünlük verir.

Redaktor.az xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, ABŞ İranın dəniz minalarını aşkar etmək məqsədilə süni intellektdən istifadəni genişləndirir və bununla da təmizləmə əməliyyatlarını sürətləndirməyi hədəfləyir.

Məlumata əsasən, "Domino Data Lab" şirkəti ilə 100 milyon dollara qədər dəyərində müqavilə imzalanıb. Bu razılaşma çərçivəsində sualtı dronların yeni mina növlərini aylarla deyil, günlər ərzində müəyyən etməsi mümkün olacaq.

Şirkət rəhbərinin sözlərinə görə, bu yanaşma ABŞ-nin əsas qlobal gəmiçilik marşrutlarından biri olan Hörmüz boğazında təhlükəsizliyi təmin etmək məqsədilə ənənəvi mina axtarışı üsullarından süni intellektlə idarə olunan sistemlərə keçidi nümayiş etdirir.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
17
redaktor.az

1Mənbələr