AZ

Rusiyalı turisti agladan hekayə - Kəlağayının sehri:

Rusiyalı

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Azərbaycan kəlağayısının sehri: Rusiyalı turisti agladan heyranlıq xatirəsiAzərbaycanın qədim rəmzlərindən biri olan kəlağayı sadəcə bir geyim deyil, həm də ruhun və tarixin ifadəsidir. Bu yaxınlarda sosial şəbəkələrdə rusiyalı bir turistin Azərbaycan kəlağayısı ilə bağlı paylaşdığı video-xatirə diqqətimi çəkdi. Onun səmimi və həyəcanlı hissləri göstərir ki, bizim milli dəyərlərimiz dilindən və dinindən asılı olmayaraq hər kəsi valeh edib, kövrəldə bilir.Turist xanım videoda Azərbaycandan aldığı kəlağayının onda yaratdığı fərqli enerjidən bəhs edib. Xanım, bu ipək örtüyünün sadə bir aksesuar olmadığını, azərbaycanlılar üçün xüsusi bir güc, zəriflik və mistik bir anlamı olduğunu vurğulayır. Onun sözlərinə görə, yolu keçərkən, kəlağayının zərifliyindən necə açıldığını hiss etməsə də maşınların ani saxlaması və kütləvi siqnal verməsi kələğayıya olan ehtiramın, adət - ənənələrə, qadın zərifliyinə olan hörmətin təcəssümüdür. Videodan da göründüyü kimi xanım bu duyğulu xatirəsini kövrələrək danışır. Kəlağayı: Azərbaycanın ipək mirası sayılır.Azərbaycan xalqının çoxəsrlik tarixini, estetik zövqünü və milli kimliyini əks etdirən, təbii ipəkdən hazırlanan dördkünc formalı qadın baş örtüyüdür.UNESCO İrsi: 2014-cü ildə "Kəlağayı sənəti və simvolikası" UNESCO-nun Qeyri-maddi mədəni İrs siyahısına daxil edilmişdir.Materialı yalnız 100% təbii ipəkdən (şo mənşəli) hazırlanır. Bu material yayda sərin, qışda isə isti saxlaması ilə unikaldır.Hazırlanma texnikası: Kəlağayı üzərindəki naxışlar "isti batika" (mumla rezervləmə) üsulu ilə vurulur. Bunun üçün xüsusi ağac qəliblərdən (qəlib) istifadə olunur.Simvolizm və Buta: Ən məşhur naxışı Butadır. O, alovu, həyatı və əbədiyyəti simvolizə edir. Hər bir naxışın (naringi, pəncə, qərənfil) öz mənası var.Rənglərin dili: Rənglər təbii bitkilərdən (məsələn, zirinc, soğan qabığı, safran, qoz qabığı) alınır. Qədimdə rənglər yaş və statusu bildirirdi məsələn, gənc qadınlar parlaq, yaşlılar tünd rənglərə üstünlük verirdi.Mərkəzlər: Azərbaycanda kəlağayı istehsalının tarixi mərkəzləri Şəki şəhəri və İsmayıllının Basqal kəndidir.Niyə unikaldır?Kəlağayı sadəcə bir geyim deyil, həm də nəsildən-nəslə keçən ailə yadigarıdır. O, zərifliyin, mənəviyyatın və Azərbaycan qadınının ləyaqətinin simvolu hesab olunur.

Diqqət Çəkənlər

Rusiyalı turisti agladan hekayə - Kəlağayının sehri:

Seçilən
17
ulusum.az

1Mənbələr