Misli Premyer Liqasının (MPL) 30-cu turu çərçivəsində sabah "Kəpəz"in qonağı olacaq "Sumqayıt"ın itkiləri məlumdur.
Bu barədə Fanat.Az-a "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev məlumat verib:
"Cəzalı futbolçu yoxdur. Zədəlilərə gəlincə, 4 itkimiz var. Masaki Murata, Abdul Rəşid Mumini, Nsana Simon və Höccət Haqverdi zədə səbəbindən Yevlaxdakı matçda olmayacaqlar".
Qeyd edək ki, Yevlax şəhər stadionunda baş tutacaq "Kəpəz" - "Sumqayıt" qarşılaşmasının start fiti 16:00-da səsləndiriləcək. "Kimyaçılar" MPL-in turnir cədvəlində 38 xalla 7-ci, 21 xala malik qərb təmsilçisi isə 10-cu yerdə mövqe tutub.
Mirağa