AZ

Azərbaycan komandası "Prezident Kuboku 2026" beynəlxalq reqatasında 2 medal qazanıb

Azərbaycan komandası Mingəçevirdə davam edən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən "Prezident Kuboku 2026" beynəlxalq reqatasında 2 medal qazanıb.

SİA xəbər verir ki, akademik avarçəkmədə ikinəfərlik qayıqla 1500 metr məsafəyə yürüşdə (2008-2009 təvəllüdlü idmançılar) Azər İlyasov - Tunar Məmmədzadə tandemi bürünc mükafat qazanıb.

Daha sonra ikinəfərlik kayak qayığında 1000 metr məsafəyə yürüşdə (2010-2011) Sənan Cəfərzadə - Tahir Mövsümov cütü bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir.

Banuçiçək Hüseynli

Seçilən
0
8
sia.az

10Mənbələr