AZ

"Prezident Kuboku 2026": Azərbaycan idmançıları daha bir medal qazanıblar

Azərbaycan komandası Mingəçevirdə davam edən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən "Prezident Kuboku 2026" beynəlxalq reqatasında daha 1 medal qazanıb.

Aznews.az xəbər verir ki, akademik avarçəkmədə ikinəfərlik qayıqla 1500 metr məsafəyə yürüşdə (2008-2009 təvəllüdlü idmançılar) Azər İlyasov - Tunar Məmmədzadə tandemi bürünc mükafat qazanıb.

Qeyd edək ki, Azərbaycan idmançılarının hesabında 9 medal var.

Seçilən
1
8
aznews.az

10Mənbələr