AZ

"İmişli" onunla yeni müqavilə imzaladı

Azərbaycan Premyer Liqası təmsilçilərindən "İmişli" futbolçusu İdris İnqilablı ilə müqavilənin müddətini uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı yarımmüdafiəçi ilə 2 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, İdris İnqilablı 2024-cü ildən bölgə klubunda çıxış edir.

Seçilən
66
4
teleqraf.com

7Mənbələr