Azertag saytına istinadən ain.az xəbər verir.
Gəncə, 1 may, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) beynəlxalq əməkdaşlıq çərçivəsində xarici mütəxəssislərin iştirakı ilə növbəti təlim və görüşlər təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Macarıstanın Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetinin (MATE) Ətraf Mühit Elmləri İnstitutu direktorunun müavini Mihaly Jancso universitetə səfəri zamanı ADAU-nun heyəti üçün ixtisaslaşmış təlimlər keçib. Səfər çərçivəsində qonaq ali təhsil müəssisəsinin infrastrukturu və maddi-texniki bazası ilə yaxından tanış olub, mövcud laboratoriya və tədris imkanlarını yüksək qiymətləndirib.
Səfər proqramında Türkiyənin İsparta Tətbiqi Elmlər Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin layihə rəhbəri Hakan Ozan da iştirak edib. O, universitet əməkdaşları üçün beynəlxalq layihələrin hazırlanması və idarə olunması istiqamətində təlim proqramı həyata keçirib. Eyni zamanda, universitetin maddi-texniki bazası ilə tanışlıq çərçivəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Müxbir - Elcan Məmmədov








Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.