AZ

“Sizə nə gəlib, cənablar?”

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Avropa Parlamenti ilə bütün əlaqələri kəsməliyik”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri deputat Elşən Musayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. 

Deputat Avronest Parlament Assambleyasından da çıxmağı təklif edib: “Heç Ermənistanın siyasi rəhbərliyi Avropa Parlamentinin qərəzli şəkildə qaldırdığı məsələlərin üzərinə gəlmir, kiməsə hərbi əsir demir, hansısa abstrakt mədəni irsdən danışmır. O zaman sual verərlər, sizə nə gəlib, cənablar? Siz Papadan artıq katoliksiniz? Düşünürəm ki, bunlarla ən azı indiki dövrdə bütün əlaqələri kəsməliyik”, - deputat bildirib.

***

Deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib ki, bu yaxınlarda Avropa Parlamentində müzakirəyə çıxarılmış “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə layihəsi nominal olaraq Ermənistana dəstək kimi təqdim olunsa da, bir sıra bəndlər birbaşa Azərbaycana qarşı əsassız ittiham və tələblər ehtiva edir.  

“Yəni, Qərbdə bəzi dairələr hər imkanda Azərbaycana qarşı qərəzlərini nümayiş etdirməyə çalışırlar. Təbii ki, Avropada Azərbaycanın dostları da az deyil. Ölkəmizə olan son yüksəksəviyyəli səfərlər bunu bir daha təsdiq edir. Amma qitənin enerji təhlükəsizliyində xüsusi paya malik olan, son illər TAP kəməri vasitəsi ilə Avropaya 57 milyard kub metrdən çox qaz nəql edən Azərbaycana qarşı bir sıra dairələrin qərəzli və ikili standartlara əsaslanan yanaşması təəssüf ki, bitmək bilmir. Bütün bunlara baxmayaraq, Azərbaycan idmanda, siyasət və iqtisadiyyatda da güclənir, öz inkişaf yolunu müəyyənləşdirir”, - deputat bildirib.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
qafqazinfo.az

1Mənbələr