AZ

Vanja: Neokolonializm qlobal iqtisadi, ticarət və ekoloji sistemlərdə davam edir

Neokolonializm qlobal iqtisadi, ticarət və ekoloji sistemlərdə davam edir.

"Report" xəbər verir ki, bunu Keniya nümayəndəsi Kinceru Lidiya Vanja (Kingeru Lydia Wanja) Bakıda keçirilən "Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" forumunda bəyan edib.

Onun sözlərinə görə, neokolonializm qlobal maliyyə arxitekturası vasitəsilə dəstəklənir.

"Tarixi sistemlər ərzaq təhlükəsizliyinə və kənd təsərrüfatına təsir göstərməyə davam edir. Özünü ərzaqla təmin etmək qabiliyyətinə malik olan region yenə də ərzaq təhlükəsizliyinin olmaması problemləri ilə üzləşir", - o deyib.

İqlim dəyişikliklərindən danışan Vanja Afrikanın minimum tullantı payına baxmayaraq ən böyük nəticələrlə üzləşdiyini vurğulayıb: "Afrika qlobal tullantılara ən az töhfə verir, lakin iqlim dəyişikliyinin ən ağır nəticələrindən əziyyət çəkir".

O, həmçinin yoxsulluğun artması, təhsilə çıxışın məhdudlaşdırılması və uşaq əməyi daxil olmaqla sosial nəticələrə diqqət çəkib: "Aclıq və yoxsulluq uşaqları məktəbi tərk etməyə məcbur edir, erkən nikahların və uşaq əməyinin istifadəsinin səbəbinə çevrilir".

Seçilən
19
far.az

1Mənbələr