AZ

Süni intellekt uğrunda mübarizə: Mask və Altman məhkəmədə üz-üzə

Süni intellekt sahəsində bir-birinə rəqib olan texnologiya nəhəngləri İlon Mask və Sem Altman məhkəmədə qarşı-qarşıya gəlib.

Belə ki, Mask “ChatGPT” platformasının sahibi olan “OpenAI” şirkətinin 2015-ci ildə təsisçilərindən biri olub. Lakin fikir ayrılıqları səbəbindən sonradan layihədən ayrılıb.

2024-cü ildə o, şirkətə qarşı hüquqi mübarizəyə başlayıb. O, qeyri-kommersiya təşkilatı kimi qurulan şirkətin kommersiya qurumuna çevrilməsini "xeyriyyə oğurluğu" adlandırıb.

Mask ifadəsində qeyd edib ki, əvvəlcə 38 milyon dollar bağışladığı təşkilat 1 trilyon dollarlıq mənfəət gətirən şirkətə çevrilib və bu səbəblə "axmaq" yerinə qoyilduğunu iddia edib:

"Süni intellekt məsələsində son dərəcə narahatam. Süni intellekt hər kəsə rifah gətirə bilər, eyni zamanda bəşəriyyət üçün dəhşətli nəticələrə səbəb ola bilər. Biz Terminator kimi bir sonla üzləşmək istəmirik". 

Şirkətin digər həmtəsisçiləri Sem Altman və Qreq Brokmanın vəzifələrindən uzaqlaşdırılması, kommersiya strukturuna çevrilmənin ləğv edilməsi və 134 milyard dollar təzminat tələb edilməsi, daha sonra isə şirkətin qeyri-kommersiya qoluna yenidən bölüşdürülməsi tələb edilib.

Lakin “OpenAI” şirkəti Maskın iddialarını "qısqanclıq" adlandıraraq rədd edib.Bildirilib ki, Mask 2018-ci ildə şirkəti ələ keçirməyə cəhd edib, lakin uğursuzluqdan sonra şirkətdən ayrılıb.

Qeyd edilib ki, onun 38 milyon dollarlıq investisiyası vergidən azad edilən ianədir. Mask həmçinin məhkəmədə hakimi qərəzli olmaqda günahlandıraraq deyib:

"Suallarınız sadə deyil. Onlar əslində məni aldatmaq üçün nəzərdə tutulub".

Seçilən
23
1
cebheinfo.az

2Mənbələr