AZ

BƏƏ ilə Səudiyyə arasında gərginlik açıq münaqişəyə keçə bilər

Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin gərginləşməsi gələcəkdə tammiqyaslı münaqişəyə çevrilə bilər.

Musavat.com xəbər verir ki, Almaniyanın "Junge Welt" qəzetində dərc olunmuş məqaləsində müəllif Jörg Kronauer bu qənaətə gəlib: "BƏƏ-nin 1 mayda OPEC-dən çıxması planlaşdırılırsa, bu, Ərəbistan yarımadasında gərginliyi daha da artıra bilər. Bunun birbaşa səbəbi Səudiyyə Ərəbistanı ilə iqtisadi fikir ayrılıqlarıdır. Əbu-Dabi gələcəkdə daha çox neft satmaq istəyir və əsasən Ər-Riyad tərəfindən müəyyən edilən OPEC istehsal kvotaları ilə həddindən artıq məhdudlaşdığını hiss edir".

Müəllif həmçinin ölkələrin xarici siyasətindəki fikir ayrılıqlarını da qeyd edib: "İran müharibəsinin əvvəlində İran dronlarına və raketlərinə qarşı birgə müdafiə gərginliyi maskalayırdı". Lakin vəziyyət sonda yenidən gərginləşib, çünki İsrail və ABŞ ilə daha sıx əməkdaşlığın tərəfdarları Əbu-Dabidə mövqelərini möhkəmləndirir, Ər-Riyad isə sabitliyi bərpa etmək üçün İranla kompromis tapmağa çalışır.

Musavat.com

 

Seçilən
34
musavat.com

1Mənbələr