AZ

Aİ Rusiyaya qarşı 21 ci sanksiya paketini qəbul edə bilər

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avropa İttifaqı (Aİ) hazırkı İttifaq Şurasının sədri müddətinin sonuna - iyul ayına qədər Rusiyaya qarşı 21-ci sanksiya paketini qəbul edə bilər. Lakin belə bir ssenariyə zəmanət yoxdur, çünki paket üzərində razılaşma tələb olunur və danışıqlar mürəkkəbdir.

Bizimyol.info xəbər verir ki, bunu Avropa Parlamentinin deputatı Tomas Zdexovski “İzvestiya”ya bildirib.

“Bəlkə də hazırkı sədrin müddətinin sonuna qədər qəbul edilə bilər, amma bu, zəmanət deyil”, – deyə Zdexovski bildirib.

O, yeni sanksiya paketinin qəbul müddətinin Aİ üzvləri arasında razılaşmaya bağlı olduğunu vurğulayıb və bunun üçün həmrəyliyin vacib olduğunu əlavə edib. Deputat danışıqların mürəkkəb ola biləcəyini də qeyd edib.

“Rusiyaya təzyiqi davam etdirmək üçün siyasi iradə olsa da, sərt vaxt məhdudiyyətləri qoymaqda ehtiyatlı olmaq lazımdır”, – deyə Zdexovski əlavə edib.

Aprelin 22-də Aİ səfirləri Macarıstan və Slovakiyanın veto hüququnu götürməsindən sonra Ukraynaya 90 milyard avro maliyyə yardımını və Rusiyaya qarşı 20-ci sanksiya paketini təsdiqləyiblər. Aprelin 24-də isə Avropa xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas bildirib ki, Aİ ölkələrinin liderləri 21-ci sanksiya paketinin hazırlanmasına başlayıblar.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
bizimyol.info

1Mənbələr