AZ

Mehdiabaddan Biləcəriyə qədər arxa-arxaya sürdü

Yazını böyüt
Yazını kiçilt

Bakıda yol hərəkəti qaydalarını kobudcasına pozan daha bir avtomobilin görüntüləri yayılıb.

Hafta.az xəbər verir ki, hadisə Abşeron rayonu Mehdiabad qəsəbəsi ilə Binəqədi rayonu Biləcəri qəsəbəsinədək yolda baş verib.

Belə ki, toy karvanında iştirak edən “Chevrolet” markalı avtomobilin sürücüsü qeyri-adi və təhlükəli manevr edərək nəqliyyat vasitəsini arxaya doğru hərəkət etdirib. O, maşını tərsinə sürərək həm özünü, həm də digər hərəkət iştirakçılarını ciddi risk altına atıb.

Paylaşılan görüntülər sosial mediada kəskin tənqid olunub. Bir çoxları bu cür məsuliyyətsiz hərəkətlərin ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıb./avtosfer/

Seçilən
11
6
hafta.az

7Mənbələr