Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutub.
“Rayo Valyekano” İspaniyada Fransanın “Strasburq” komandasını sınağa çəkib. Bu komandaların ilk görüşünü Litvadan olan Donatas Rumşas idarə edib. Meydan sahibləri tək qolla qalib gəliblər.
Günün digər oyununda Ukraynanın “Şaxtyor” (Donetsk) komandası Polşada İngiltərə təmsilçisi “Kristal Pelas”la qarşılaşıb. Oyunun baş hakimi almaniyalı Feliks Svayer olub. Dörd qolluq görüş “Şaxtyor”un məğlubiyyəti ilə yekunlaşıb.
Xatırladaq ki, Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin cavab qarşılaşmaları bir həftə sonra – mayın 7-də keçiriləcək.
Avropa Konfrans Liqası
Yarımfinalın ilk oyunları
30 aprel
Rayo Valyekano (İspaniya) – Strasburq (Fransa) 1:0
Qol: Alemao, 54.
Baş hakim: Donatas Rumşas (Litva).
Madrid. “Kampo de Valyekas” stadionu.
Şaxtyor (Donetsk, Ukrayna) – Kristal Pelas (İngiltərə) 1:3
Qollar: Oçeretko, 47 – Sarr, 1. Kamada, 58. Larsen, 84.
Baş hakim: Feliks Svayer (Almaniya).
Krakov. “Sinerji Arena”.
