AZ

Paşinyan Ermənistandakı Rusiya sərhədçilərinin çıxarılması məsələsini qaldırdı

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Dövlətin imkanları artdıqca Ermənistan sərhədçiləri İran və Türkiyə ilə sərhədin hissələrinə mərhələli şəkildə yerləşdiriləcək”

“Dövlətin imkanları artdıqca Ermənistan sərhədçiləri İran və Türkiyə ilə sərhədin hissələrinə mərhələli şəkildə yerləşdiriləcək”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan İran və Türkiyə ilə sərhədlərdə Ermənistan sərhədçilərinin yerləşdirilməsi ilə bağlı şərhində deyib.

Hökumət başçısı qeyd edib ki, 1990-cı illərin əvvəllərində imzalanmış müqaviləyə əsasən, Ermənistan sərhəd qoşunlarının imkanları inkişaf etdirildikcə dövlət sərhədinə nəzarət tədricən onların komandanlığına veriləcək.

"Qeyd etmək istərdim ki, biz Rusiya sərhədçilərinə sərhəd mühafizəsi üçün də pul ödəyirik. Hazırkı vəsait bu xidməti göstərmək üçün kifayət etmədiyindən, rusiyalı tərəfdaşlarımızın bu ödənişlərin artırılması məsələsini qaldırdığı hallar olub", - deyə Paşinyan bildirib.

Hökumət başçısı deyib ki, Ermənistan hakimiyyəti artan ödənişlərə xərclənə biləcək vəsaitlərin sərhədçilərinin imkanlarının inkişaf etdirilməsinə yönəldilməsinin mümkünlüyünü nəzərdən keçirir: "Resurslarımız artdıqca, tədricən sərhədin getdikcə daha çox hissəsini nəzarətə götürə bilərik".

Paşinyan həmçinin təklif edib ki, rusiyalı tərəfdaşlar Ermənistan üçün məqbul olan büdcə çərçivəsində işləməyə davam edə bilərlər: “İrəvan isə qalan hissəyə tədricən nəzarəti öz üzərinə götürəcək. Müvafiq sazişdə əsasən bu nəzərdə tutulur”.

2026-cı ilin fevral ayında Ermənistan sərhədçilərinin Türkiyə ilə sərhəddəki Axurik keçid məntəqəsində Rusiya sərhədçilərini əvəz etdiyi açıqlandı. Bundan əvvəl Rusiya sərhədçiləri Marqara (Türkiyə ilə sərhəddə) və Aqarak (İranla sərhəddə) keçid məntəqələrindən geri çəkilmişdilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
ayna.az

1Mənbələr