AZ

Vernidub: “Bunlardan dərs çıxardıq və qələbə qazandıq”

ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının XXI turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Yuri Vernidub fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

– “Neftçi” azarkeşlərini təbrik edirəm, həm də onlardan ötən oyundakı nəticəyə görə üzr istəyirəm. Belə oynamamalı idik. Bunlardan dərs çıxardıq və qələbə qazandıq. Bir daha fanatlarımızı təbrik edirəm. Xahiş edirəm, bu gün elə hisslər keçirirəm ki, istəyirəm, sual verməyəsiniz. Bir az rahatlaşmaq istəyirəm. Qarşıdakı 4 oyunda nə qədər istəsəniz, sual verə bilərsiniz. Bu, hörmətsizlik deyil. Oyun emosional cəhətdən məni çox yordu. Bu gün sual olmasa, yaxşıdır.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
futbolpress.az

1Mənbələr