AZ

Dünyada 45 milyon insanın kəskin aclıqla üzləşməkdədir

BMT-nin baş katibi logistika böhranının ağır nəticələrə səbəb ola biləcəyini açıqlayıb...

Poliqon xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş Hörmüz boğazı ərazisində gəmiçilik azadlığının bərpası ilin ortalarına qədər gecikərsə, qlobal miqyasda ciddi humanitar böhrana gətirib çıxaracağını bəyan edib.

Baş katibin sözlərinə görə, belə bir ssenari reallaşacağı təqdirdə, təxminən 45 milyon insan kəskin aclıqla üzləşəcək, 32 milyon nəfər isə yoxsulluq həddinə düşəcək. Quterreş jurnalistlərə açıqlamasında bildirib ki, hətta ən yaxşı halda, yəni gəmiçilik azadlığı dərhal bərpa edilsə belə, qlobal logistik zəncirlərin tam normallaşması aylarla vaxt tələb edəcək.

Baş katib vurğulayıb ki, alternativ və daha mənfi ssenaridə fasilələrin ilin ortalarına qədər davam etməsi ərzaq və kənd təsərrüfatı sektoruna ciddi zərbə vuracaq. Onun sözlərinə görə, bu vəziyyətdə gübrə ehtiyatları tükənəcək, məhsuldarlıq aşağı düşəcək və nəticədə milyonlarla insanın sosial-iqtisadi vəziyyəti kəskin pisləşəcək.

Quterreş qeyd edib: “Əgər fasilələr uzanarsa, 32 milyon insan yoxsulluğa sürüklənəcək, gübrə ehtiyatları tükənəcək və məhsullar aşağı olacaq. Bu halda 45 milyon insan kəskin aclıqla üzləşəcək”.

Ekspertlər hesab edirlər ki, Hörmüz boğazında yaranan hər hansı uzunmüddətli böhran qlobal enerji və ərzaq bazarlarına zəncirvari təsir göstərərək, xüsusilə inkişaf etməkdə olan ölkələr üçün ağır nəticələr doğura bilər.

Poliqon.info

Seçilən
62
poliqon.info

1Mənbələr