İspaniyada Reşfordu təhqir edən azarkeş cəzalandırılıb.
QOL.az xəbər verir ki, "The Touchline" nəşrinin yaydığı məlumata görə, "Real Ovyedo" azarkeşi Markus Reşforda qarşı irqçi ifadələr işlətmək səbəbilə 9 ay həbs cəzası alıb.
Hadisə künc zərbəsi zamanı baş verib və kameralar tərəfindən qeydə alınıb.
Qeyd edək ki, həmin şəxs cərimə və digər şərtləri qəbul edərsə, həbsdən yayına bilər.