AZ

​Balıqçı “qəribə canlı” tutdu -

ABŞ-ın Massachusetts əyalətində bir balıqçı dənizdə nadir hallarda rast gəlinən, “50 milyonda bir” ehtimalla görülən qəribə canlı tutub. Metbuat.az xəbər verir ki, hadisə sosial şəbəkələrdə də böyük maraq doğurub və mütəxəssislərin diqqətini çəkib. Balıqçının sözlərinə görə, ov zamanı digər xərçənglərdən fərqli, qeyri-adi rəng və quruluşa malik bir xərçənglə qarşılaşıb. O, belə bir növü ilk dəfə gördüyünü və tutduğu canlının çox fərqli göründüyünü bildirib. Dəniz kənarında olan insanlar da nadir xərçəngi maraqla izləyiblər. Sosial mediada paylaşılan görüntülər qısa zamanda yayılıb və istifadəçilər tərəfindən “çox nadir tapıntı” kimi şərh olunub.

Mütəxəssislər isə belə halların bəzən dəniz ekosistemində dəyişikliklər və ya nadir növlərin təsadüfi şəkildə sahilə yaxınlaşması ilə bağlı ola biləcəyini bildirirlər.

Seçilən
60
metbuat.az

1Mənbələr