AZ

Hindistanda kater qəzaya uğrayıb, ölənlər var

Hindistanda Narmad çayının Barqi bəndi su anbarında gəzinti katerinin qəzaya uğraması nəticəsində altı nəfər ölüb.

"Yeni Sabah" xəbər verir ki, hadisə qəfil fırtına səbəbindən baş verib.

Qeyd olunur ki, katerdə 31 nəfər olub, onlardan azı 15-i xilas edilib.

Xilasetmə əməliyyatı gücləndirilmiş səviyyədə davam edir, hakimiyyət orqanları zərərçəkənlərə zəruri yardım göstərirlər./Report


Telegram kanalımız
Seçilən
58
5
yenisabah.az

6Mənbələr