AZ

Paşinyandan Rusiyaya qarşı ŞOK GEDİŞ

Ermənistanın İran və Türkiyə ilə sərhədlərini hazırda qoruyan Rusiya sərhədçilərini Ermənistan sərhədçiləri əvəz edəcək.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib.

Paşinyan bildirib ki, ölkənin imkanları artdıqca, sərhədin mühafizəsi tədricən yerli qüvvələrin nəzarətinə keçəcək:

"Resurslarımız artdıqca, biz tədricən sərhədin getdikcə daha çox hissəsini nəzarətə götürə bilərik".

Baş nazir qeyd edib ki, Ermənistan tərəfi göstərilən xidmətə görə Rusiya sərhədçilərinə ödəniş edir. Rusiya tərəfi isə bu xidmətlərin qiymətinin artırılması məsələsini qaldırıb. İrəvan rəhbərliyi isə artan vəsaiti öz sərhəd potensialının inkişafına xərcləməyin zəruri olduğu qənaətinə gəlib.

Seçilən
61
publika.az

1Mənbələr