AZ

"Jeep"in uçuruma düşməsi nəticəsində 17 nəfər həyatını itirdi

Nepalda içərisində hindu zəvvarların olduğu "Jeep"in uçuruma düşməsi nəticəsində 17 nəfər ölüb.

Azreform.info xəbər verir ki, bu barədə "Nepal News" məlumat yayıb.

Qeyd olunur ki, avtomobil yoldan çıxıb və təxminən 800 metr hündürlükdən aşağı düşüb.

Rolpa dairə polis idarəsindən (Lumbini-Pradeş əyaləti) bildirilib ki, zəvvarlar dini ayinləri icra etmək üçün Calcalaya gedirdilər.

Seçilən
21
3
azreform.info

4Mənbələr