AZ

Naxçıvanda duzun emalı bərpa olunub

Naxçıvan Muxtar Respublikasında duz istehsalı sahəsində fəaliyyət yenidən bərpa edilib. “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Duzdağ massivində yerləşən 5 nömrəli duz mədənində texniki təhlükəsizliyin təmin olunması məqsədilə zəruri bərpa və gücləndirmə işləri həyata keçirilib.

Aparılan işlər çərçivəsində mədəndə infrastruktur yenilənib, təhlükəsizlik standartları müasir tələblərə uyğunlaşdırılıb və istehsal sahələrinin dayanıqlığı artırılıb. Görülən tədbirlər nəticəsində müəssisədə daş duzun çıxarılması, emalı və qablaşdırılması prosesi yenidən fəal mərhələyə keçib.

Məlumata görə, fəaliyyətin bərpası daxili bazarın keyfiyyətli duz məhsulları ilə təminatına müsbət təsir göstərəcək, eyni zamanda regionda məşğulluğun artırılmasına da töhfə verəcək.

Qeyd edək ki, Duzdağ yatağı Naxçıvanın ən mühüm təbii sərvətlərindən biri hesab olunur və burada istehsal olunan duz həm keyfiyyəti, həm də təbii xüsusiyyətləri ilə seçilir. Müəssisənin tam gücü ilə fəaliyyətə başlaması yaxın perspektivdə istehsal həcminin artırılmasına da imkan yaradacaq.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Seçilən
99
azerbaijan-news.az

1Mənbələr