AZ

Bakıda WUF13 çərçivəsində nəqliyyat monitorinqi keçiriləcək

20 gün sonra Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunması məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumlar birgə nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqini təşkil edəcək.

Əməliyyat Şirkətindən verilən məlumata görə, monitorinq mayın 1-də saat 10:00–16:00 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində müvəqqəti tənzimləmələrin tətbiqini nəzərdə tutur.Monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən Heydər Əliyev prospekti (Sabunçu körpüsünə qədər), Mehdi Hüseyn küçəsi, Xocalı prospekti, Rixard Zorge və Zərifə Əliyeva küçələri, Lermontov küçəsi, eləcə də tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından həmin gün hərəkətlərini əvvəlcədən planlaşdırmaları, sıxlıq gözlənilən istiqamətləri nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur. 

Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər mərkəzi arasında hərəkət edən H1 ekspress avtobus marşrutu fəaliyyətini normal və fasiləsiz davam etdirəcək. Eyni zamanda, fərdi nəqliyyat vasitələri və taksilər hava limanı ərazisinə alternativ yollar vasitəsilə sərbəst daxil olub çıxa biləcəklər. Gecikmələrin qarşısını almaq üçün səfərlərin öncədən planlaşdırılması tövsiyə olunur.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Seçilən
66
47
azerbaijan-news.az

10Mənbələr