AZ

Autizmli uşaqlar üçün ümidverici araşdırma

Çində aparılan yeni araşdırma autizmli uşaqlar üçün ümidverici nəticələr ortaya qoyub.“MedicalXpress” portalının məlumatına görə, alimlər “a-cTBS” adlanan qeyri-invaziv beyin stimulyasiyası üsulunun uşaqlarda sosial ünsiyyəti cəmi 5 gün ərzində yaxşılaşdıra biləcəyini açıqlayıb.Tədqiqatda 4-10 yaş arası 200 uşaq iştirak edib. Uşaqların bir qrupuna 5 gün ərzində gündə 10 seans olmaqla real müalicə, digər qrupuna isə saxta (nəzarət) müalicə tətbiq olunub. Nəticədə, real müalicə alan uşaqlarda sosial ünsiyyət və dil bacarıqlarında daha çox inkişaf müşahidə edilib.Alimlər bildiriblər ki, bu metodun əsas üstünlüyü qısa və uşaqlar üçün daha rahat seanslardan ibarət olmasıdır. Müalicə zamanı bəzi uşaqlarda narahatlıq və baş dərisində diskomfort kimi yüngül təsirlər qeydə alınıb, lakin bunlar öz-özünə keçib.Ekspertlər nəticələri ümidverici hesab etsələr də, bu üsulun daha geniş tətbiqi üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayıblar. Onların fikrincə, bu terapiya digər psixoloji və təhsil dəstəyi ilə birlikdə istifadə olunmalıdır.Təhminə VERDİYEVA,“Azərbaycan”

Seçilən
67
azerbaijan-news.az

1Mənbələr