AZ

Enerji bazarı silkələndi: Neft sürətlə bahalaşır

Dünya bazarlarında neft qiymətləri kəskin artım nümayiş etdirir.

Musavat.com xəbər verir ki, ICE birjasının məlumatına görə, Brent markalı neft gün ərzində 126,3 dollara qədər yüksələrək 2022-ci ilin martından bəri ən yüksək səviyyəyə çatıb. Daha sonra qiymətlər təxminən 114 dollar ətrafına qədər geri çəkilib.

Qeyd olunur ki, cəmi bir gün əvvəl Brent nefti təxminən 119 dollar səviyyəsində ticarət olunurdu ki, bu da bazarda ani və kəskin sıçrayışı göstərir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, tədarükdə fasilələr yaranacağı halda qiymətlər 140–150 dollar aralığına qədər yüksələ bilər. Bu isə qlobal miqyasda yanacaq qiymətlərinin və inflyasiyanın daha da artmasına səbəb ola bilər.

Musavat.com

Seçilən
50
50
musavat.com

10Mənbələr