AZ

“Ermənistan və Azərbaycanın bir birinə tədarük etdiyi malların çeşidi genişlənə bilər”

ain.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nikol Paşinyan: "Bundan sonra Ermənistan və Azərbaycandan olan iş adamları bir-biri ilə birbaşa işləyə bilərlər"

“Ermənistan və Azərbaycandan olan iş adamları əvvəllər iki ölkənin hökumətləri vasitəsilə mal siyahıları mübadiləsi aparsalar da, artıq buna ehtiyac yoxdur”.  AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində deyib.

O izah edib ki, bundan sonra Ermənistan və Azərbaycandan olan iş adamları bir-biri ilə birbaşa işləyə bilərlər.

Paşinyan əlavə edib ki, Ermənistan və Azərbaycanın bir-birinə tədarük etdiyi malların çeşidi genişlənə bilər. Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı dəqiq razılıq yoxdur.

Baş nazir müəyyən dairələrin hücumuna məruz qalmamaq üçün Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşən iş adamlarının adlarını açıqlamayacağını vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
ayna.az

1Mənbələr