AZ

"Əvvəlki attestasiya daha çox formal yoxlama xarakteri daşıyırdı" -Ekspert yeni qanunu ŞƏRH ETDİ

Prezident İlham Əliyevin Əmək Məcəlləsində və "Təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə təsdiqlədiyi qanuna əsasən, uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində işləyən təhsilverənlərin nəzəri və praktiki biliklərinin attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndirilməsi aparılacaq.

Təhsil eksperti Məzahir Məmmədli Redaktor.az-a açıqlamasında qeyd etdi ki, əvvəlki attestasiya daha çox formal yoxlama xarakteri daşıyırdı:

"Yeni yanaşmada isə əsas məqsəd müəllimin real bacarıqlarını, nəzəri biliklərini, praktik (ifaçılıq, yaradıcılıq, pedaqoji üslub) qabiliyyətlərini ölçməkdir. Xüsusilə musiqi, incəsənət və rəssamlıq kimi sahələrdə bu çox vacibdir. Çünki burada müəllimin səviyyəsi təkcə biliklə deyil, həm də yaradıcılıq və tətbiq bacarığı ilə müəyyən olunur. Attestasiya ilə bunları tam müəyyən etmək mümkün olmadığından, Mədəniyyət Nazirliyi yeni təşəbbüslə çıxış etdi və “Təhsil haqqında” qanuna dəyişiklik təsdiqləndi".

Aytəkin TOFİQQIZI

Seçilən
58
1
redaktor.az

2Mənbələr