“Atletiko”nun hücumçusu Xulian Alvares karyerasını La Liqada davam etdirməyə üstünlük verir.
Msport.az xəbər verir ki, argentinalı futbolçunun adı “Barselona” və “Arsenal”la hallanır.
Futbolçu Premyer Liqanın aparıcı klubları tərəfindən ona olan marağı yüksək qiymətləndirsə də, əsas prioriteti məhz İspaniyada yaşamaq və oynamağa davam etməkdir.
Qeyd edək ki, Xulian Alvaresin transfer dəyəri 90 milyon avro olaraq qiymətləndirilir.