ain.az, 525.az portalına istinadən məlumat yayır.
“İran ABŞ-ın hücum etdiyi təqdirdə, cavab olaraq davamlı zərbələr endirəcək”.
525.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general Məcid Musəvi bildirib.
"Düşmənin əməliyyatlarına, hətta onlar məhdud xarakter daşısa və qəfil həyata keçirilsə belə, uzunmüddətli və ağrılı zərbələrlə cavab verəcəyik", - o deyib.
Əlavə edib ki, İran artıq bölgədəki Amerika bazalarına zərbələr endirib və eyni hal ABŞ gəmilərini də gözləyir.
Pərvanə Sultanova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.