AZ

Dəmirçi Lahıc yolu YARARSIZ VƏZİYYƏTDƏ: Sakinlər çətinliklə üzləşiblər FOTO VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən avtomobil yolunun yararsız vəziyyətdə olması ərazidə yaşayan sakinləri çətin vəziyyətdə qoyub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.

Bildirilib ki, yolun tamamilə dağılması nəticəsində Lahıc istiqamətində gediş-gəlişdə ciddi problemlər yaranıb. Mövcud vəziyyət həm nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir, həm də sakinlərin gündəlik fəaliyyətinə mənfi təsir göstərir.

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli bildirib ki, son intensiv yağıntılar nəticəsində Dəmirçi-Lahıc avtomobil yolunun keçdiyi ərazidə sürüşmə aktivləşib.

"Nəticədə yolun bir hissəsi də sürüşməyə məruz qalıb. Digər ərazilərdə olduğu kimi, bu yolda da dövlət başçısının sərəncamına əsasən bərpa işləri həyata keçiriləcək", - deyə A.Nəcəfli vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
67
avtosfer.az

1Mənbələr