AZ

Erməni diasporu və Avropa rəsmiləri arasında gizli ittifaq ŞƏRH

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Okamponun Azərbaycana qarşı insan hüquqları, Azərbaycanın Qarabağ bölgəsində yaşamış ermənilərin guya hüquqlarının pozulması kontekstində hücumlarının əsl səbəbləri bəlli olub. “Minval Politika”nın əldə etdiyi video görüntülərdən məlum olur ki, Okampo, onun oğlu Tomas, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel bu müstəvidə ABŞ və Avropada erməni diasporunun maliyyə dəstəyi ilə özlərinə biznes qurublar, Aİ-yə təsir mexanizmləri əldə ediblər.Məsələ ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlama verib.O deyib ki, Luis Moreno Okampo beynəlxalq hüquq müstəvisində kifayət qədər nüfuzlu şəxş və geniş lobbi əlaqələrinə malik olub:“Lakin belə bir şəxsin erməni lobbisinin və müəyyən sifarişçi dairələrin təsiri altında alətə çevrilməsi özü-özlüyündə ciddi qalmaqal hesab oluna bilər. Bu vəziyyət həm də onu göstərir ki, Avropa İttifaqının rəhbər dairələrində fərqli mövqelərə qarşı sərt və təzyiq xarakterli yanaşmalar mövcuddur. Bu məqsədlə müxtəlif maliyyə, hüquqi və regional təşkilati təzyiq mexanizmlərindən istifadə edildiyi iddia olunur. Baş verən proseslər isə bəzi siyasi dairələrin, o cümlədən Nikol Paşinyan hakimiyyətdən uzaqlaşdırılması kimi ideyalar ətrafında formalaşan fəaliyyətlərin əsl mahiyyətini üzə çıxarır. Bununla yanaşı, lobbiçilik fəaliyyəti və müəyyən siyasi mərkəzlərin yanaşmaları da ictimai müzakirə predmetinə çevrilir. Məsələyə bu prizmadan yanaşdıqda, dövlətlərin daxili suverenliyinə yönəlik təhdid xarakterli müdaxilə cəhdlərinin ifşa olunmasının həmin dairələr üçün ən ciddi zərbələrdən biri olduğu vurğulanır”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
84
48
demokrat.az

10Mənbələr