AZ

Rusiyada sarı göy rəngli posterə görə voleybol matçına giriş qadağan edilib FOTO

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyanın Novosibirsk şəhərində voleybol üzrə Superliqa matçına gələn azyaşlı qız və onun valideynləri tribunaya buraxılmayıb.

İdman.Biz xəbər verir ki, hadisəyə səbəb qızın əlindəki sarı-göy rəngli top təsvir olunan poster olub.

Nəzarətçilər həmin rəsmdə Ukrayna bayrağına oxşarlıq olduğunu bildirərək ailənin arenaya girişinə icazə verməyiblər.

Daha sonra tribunaya daxil olmaq üçün qızın atası plakatdakı topu qara markerlə rəngləməyə məcbur qalıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
50
icma.az

10Mənbələr