AZ

"Qarabağ"ın 6 futbolçusu "Neftçi"yə qarşı oynamayacaq - ADLAR

Bu gün "Palms Sport Arena"da "Neftçi"nin qonağı olacaq "Qarabağ"ın neçə futbolçusunun Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış matça oynamayacağı dəqiqləşib.

Ağdam təmsilçisinin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, 6 futbolçu "ağ-qaralar"a qarşı mübarizəni kənardan izləyəcək.

Mərkəz müdafiəçisi Bəhlul Mustafazadə zədəlidirsə, qapıçı Şahruddin Məhəmmədəliyev kollektiv məşqlərə qatılmasına rəğmən, hələ bərpa prosesini tamamlamayıb. 

Braziliyalı cinah müdafiəçisi Dani Bolt atası dünyasını dəyişdiyi üçün rəhbərlikdən icazə alaraq vətəninə yollanıb. Üç arxa xətt oyunçusu Sami Mmaye, Elvin Cəfərquliyev və Abbas Hüseynov isə daxili intizam qaydalarını pozduqları üçün əvəzedici komandaya göndəriliblər.

"Neftçi" - "Qarabağ" qarşılaşması 20:00-da başlayacaq.

Nihat

Seçilən
42
2
fanat.az

3Mənbələr