AZ

Zelenski: “Ukrayna ABŞ ilə atəşkəs şərtlərini müzakirə edəcək”

Rəsmi Kiyev ABŞ ilə mayın 9-u üçün potensial atəşkəsin şərtlərini və detallarını müzakirə edəcək.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski məlumat verib.
“Nümayəndələrimizə ABŞ Prezidenti Donald Trampın komandası ilə əlaqə saxlamağı və Rusiyanın qısamüddətli atəşkəs təklifi ilə bağlı detalları aydınlaşdırmağı tapşırdım”, – deyə Ukrayna prezidenti sosial şəbəkə hesabında bildirib.
Zelenskinin sözlərinə görə, ölkəsi həmçinin uzunmüddətli atəşkəs əldə etmək niyyətindədir:
“Rusiyanın təklif etdiyi təşəbbüsü Ukrayna tərəfi layiqli və effektiv formatda dəyərləndirməyə hazırdır”.
Kreml rəsmisi Dmitri Peskov isə qeyd edib ki, 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə atəşkəsin konkret müddətləri elan ediləcək./oxu.az/
Seçilən
75
yenicag.az

1Mənbələr