AZ

Nazir: Qızların təhsili növbəti onilliklərdə təhsil siyasətini müəyyənləşdirən amildir

Bakı, 30 aprel, AZƏRTAC

Cəmiyyətimizdə yalnız təlim, imtahan nəticələri deyil, həmçinin şagirdlərin tərbiyəsi, onların psixoloji, emosional inkişafı da olduqca vacib müzakirə mövzularından biri olmalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Dayanıqlı inkişaf: Ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda elm və təhsil naziri Emin Əmrullayev deyib.

O, həmçinin bildirib ki, ailədə qadınların, xüsusilə anaların və qızların təhsili olduqca vacibdir. Bir çox hallarda bugünkü qızların təhsili növbəti nəsillərdə, onilliklərdə təhsil siyasətini müəyyənləşdirən və onun keyfiyyətinə təsir edən amildir. Təhsilli anaların sayının artması son nəticədə, təbii ki, təhsil nailiyyətlərinin də artması deməkdir.

Müxbirlər - Aytac Haqverdiyeva, Tərgül Babayeva
Fotoqraf - Tofiq Babayev
Operator - Vüsal Tağıyev
Seçilən
43
4
azertag.az

5Mənbələr