AZ

“Ehtiyat fondundan vəsait ayrılması dövlətin sosial siyasətinin və çevikliyinin göstəricisidir” DEPUTAT DANIŞDI

ain.az bildirir, Sia Az saytına əsaslanaraq.

“Aramsız yağan intensiv yağıntılar nəticəsində yaranan sel və daşqın hadisələri cari ildə ölkənin müxtəlif regionlarında genişmiqyaslı sosial-iqtisadi fəsadlara səbəb olmuşdur”.

Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.

Onun sözlərinə görə, aqrar sektorun məhsuldarlığına, təsərrüfat subyektlərinin fəaliyyətinə, fərdi yaşayış evlərinə və mühüm infrastruktur obyektlərinə ciddi ziyan dəymiş, nəticədə həm iqtisadi itkilər, həm də əhalinin sosial rifahında müəyyən geriləmələr müşahidə olunmuşdur:

”Mövcud vəziyyət göstərir ki, qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, iqlim dəyişikliklərinin təsiri ilə artan ekstremal təbii hadisələr fonunda bu tədbirlərin effektivliyinin daha da artırılmasına ehtiyac yaranır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
sia.az

1Mənbələr