Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.
ABŞ-da bir qallon (3,79 litr) benzinin orta qiyməti 4,23 dollara çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, ən yüksək qiymət Kaliforniyadadır. Burada bir qallon benzinin qiyməti təxminən 6 dollardır.
Telekanal bildirir ki, ABŞ-İran münaqişəsinin başlanğıcından bəri ABŞ daxilində benzin qiymətləri 40% artıb.
“NBC News”a müsahibə verən ekspertlər ABŞ-də bir qallon benzinin orta qiymətinin yaxın gələcəkdə 4,50 dollara çatacağını istisna etmirlər. Qiymət artımına səbəb kimi İranın Hörmüz boğazını bağlaması göstərilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.