“İpsviç Taun”un müdafiəçisi Eşli Yanq mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, 40 yaşlı futbolçu karyerası ərzində “Uotford”, “Aston Villa”, “Mançester Yunayted”, “İnter” və “Everton”da çıxış edib. O, ümumilikdə 765 oyunda 88 qol vurub.
Yanq İngiltərə millisində 39 matça çıxıb. Təcrübəli oyunçu “Mançester Yunayted”lə Premyer Liqa, FA Kuboku və Avropa Liqasını, “İnter”lə isə A Seriyasını qazanıb.