AZ

Qnabri 10 il əvvəl tərk etdiyi kluba qayıdır

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Bayern Münhen"in yarımmüdafiəçisi Serj Qnabri İngiltərə Premyer Liqasına qayıda bilər. 

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Əkrəm Konur yayıb. 

Mənbənin məlumatına görə, "Arsenal" bu yay oyunçunu transfer etməkdə maraqlıdır. İngiltərə nəhəngi yay transfer pəncərəsində onunla danışıqlara başlayacaq.

Alman oyunçu 2011-ci ildən 2016-cı ilə qədər London klubunda çıxış edib. Lakin bu müddət ərzində o, "topçular"ın heyətində cəmi 18 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. 

Serj Qnabri 2017-ci ildə 8 milyon avroya "Verder Bremen"dən "Bayern Münhen"ə keçib. Onun müqaviləsinin müddəti 30 iyun 2028-ci ilə qədərdir. Bu mövsüm cinah yarımmüdafiəçisi Münhen klubunun heyətində bütün turnirlərdə 37 oyunda iştirak edib, 10 qol vurub və 11 məhsuldar ötürmə edib.

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
1
fanat.az

2Mənbələr