AZ

Rusiyanın Dneprin şəhərətrafı ərazisinə dron hücumu: bir nəfərin öldüyü bildirilir

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kiyev, 30 aprel, AZƏRTAC

Aprelin 30-da günortadan sonra Rusiya qoşunları Dneprin şəhərətrafı ərazisinə dron hücumu edib. Hücum nəticəsində yanğın baş verib, bir nəfərin öldüyü və bir nəfərin yaralandığı bildirilir.

AZƏRTAC bu barədə Dnepropetrovsk Vilayət Dövlət Administrasiyasının rəhbəri Aleksandr Qanjanın “Telegram” kanalına istinadla xəbər verir.

“Düşmən Dnepr rayonuna hücum edib. Yanğın baş verib. Ölənlər barədə məlumatlar dəqiqləşdirilir”, -deyə Qanja bildirib.

O, daha sonra Rusiyanın Dnepr rayonuna hücumu nəticəsində bir nəfərin öldüyünü, dörd nəfərin isə yaralandığını qeyd edib.

“Üç nəfər xəstəxanaya yerləşdirilib, 65 yaşlı kişi ağır yaralanıb, 43 və 54 yaşlı qadınların vəziyyəti orta-ağırdır. Bundan başqa, 59 yaşlı kişiyə yerində tibbi yardım göstərilib”, - deyə o bildirib. Qanjanın sözlərinə görə, xilasedicilər Rusiyanın hücumu nəticəsində baş verən yanğını söndürüblər.

Öz növbəsində, şəhər meri Boris Filatov məlumat verib ki, bir avtobus da yanıb.

Düşmən hücumu barədə məlumat verilməzdən bir müddət əvvəl Hərbi Hava Qüvvələri Dnepropetrovsk bölgəsində hücum dronlarından gələn təhlükə barədə xəbərdarlıq etmişdi.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
azertag.az

2Mənbələr