AZ

Şimali Koreya şiddətli quraqlıqla üzləşib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 30 aprel, AZƏRTAC

Şimali Koreyanın Baş naziri Pak The Son ölkənin qarşılaşdığı misli görünməmiş quraqlıqla mübarizə aparmaq istiqamətində yerli hakimiyyət orqanlarının səylərini qiymətləndirmək məqsədilə Pxenqan-Namdo və Xvanxe-Pukto əyalətlərinə səfər edib.

AZƏRTAC xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, Pak The Son buğda və arpa məhsullarının perrspektivlərini qiymətləndirmək üçün əyalətlərdəki əsas kənd təsərrüfatı sahələrini yoxlayıb, həmçinin yerli məmurlarla məhsuldarlığa dəyən ziyanın qarşısını almaq üçün tədbirləri müzakirə edib.

Xatırladaq ki, Şimali Koreya BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən ardıcıl olaraq 19 ildir qida çatışmazlığı ilə üzləşən və xarici yardıma ehtiyacı olan ölkələr siyahısına salınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
1
azertag.az

2Mənbələr