AZ

Ermənilərin Bakıdan qayıtması məsələsini müzakirə etmirik Paşinyan

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

"Biz Azərbaycanla ermənilərin nə Qarabağdan, nə də Bakıdan qayıtması məsələsini müzakirə etmirik".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı deyib. 

"Bildiyiniz kimi, biz Azərbaycanla Qarabağ ermənilərinin və ya Bakı ermənilərinin geri qayıtması məsələsini müzakirə etməmişik. Çünki hər iki istiqamətdə aparılan açıq-aydın müzakirələr mövcud siyasi vəziyyətə təxribatçı təsir göstərir və biri digərini alovlandıra bilər.

Hər iki məsələ eyni qüvvələr tərəfindən siyasi gündəmdə saxlanılır. Əvvəlcə bir məsələni qabartmağa başlayırlar, sonra bu onlar üçün kifayət qədər təsir göstərmir, ikinci məsələyə keçirlər. Bu, ucuz daxili siyasi spekulyasiyadır, başqa bir şey deyil. Demək istəyirəm ki, bu mövzu haqqında danışan, amma niyə və hansı məqsədlə danışdıqlarını başa düşməyən insanlar var. Biz heç vaxt belə bir məsələni müzakirə etməmişik”, - deyə Paşinyan qeyd edib.

Ağarza Elçinoğlu 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
unikal.az

2Mənbələr