Azərbaycan Premyer Liqasının 21-ci turundan təxirə salınmış oyununda “Neftçi” doğma meydanda “Qarabağ”ı qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, derbi öncəsi hər iki komandada itkilər var. Ağdam klubunda zədəli Bəhlul Mustafazadə, Şahruddin Məhəmmədəliyev və Dani Bolt meydana çıxmayacaq.
Əsas komandadan uzaqlaşdırılan Elvin Cəfərquliyevlə Abbas Hüseynov da matçı kənardan izləyəcək.
“Neftçi”də isə Vensan Abubakar zədəlidir. Kamerunlu hücumçu bu görüşü də buraxmalı olacaq. Komandanın digər zədəli futbolçusu Falaye Sako isə sağalıb. Onun adı bugünkü matçın heyətində yer alacaq.
“Neftçi” – “Qarabağ” qarşılaşması bu gün saat 20:00-da başlayacaq.