
Fransa Prezidenti Emmanuel Makron Ermənistana dövlət səfəri çərçivəsində mayın 5-də Gümrüyə səfər edəcək və böyük konsertdə iştirak edəcək.
Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“5 may tarixində Gümrinin Vardanants meydanında Ermənistan və Fransa dostluğuna və mədəni əməkdaşlığın dərinləşməsinə həsr olunmuş böyük konsertin təşkili planlaşdırılır. Konsert proqramında Ermənistan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə tanınmış erməni və fransız sənətçilərinin ifasında erməni və fransız tematik mahnıları səsləndiriləcək”, - deyə bildirilib.
Daşqın HəsənovMissiya.Az