Bu il aprelin 1-nə Azərbaycanda bankların biznes kredit portfeli 16 milyard 214.8 milyon manat təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici son bir ayda 156.8 milyon manat, son bir ildə isə 1 milyard 279.8 milyon manat artıb.
Qeyd edək ki, cari ilin 1 aprel tarixinə iri sahibkarlıq subyektlərinin kredit portfeli 8 milyard 514.3 milyon manata, orta sahibkarlıq subyektlərinin portfeli 2 milyard 292.8 milyon manata, kiçik sahibkarlıq subyektlərinin portfeli 1 milyard 731.8 milyon manata, mikro sahibkarların portfeli isə 3 milyard 675.9 milyon manata bərabər olub.